Bu sənəd saytın istifadə qaydalarını tənzimləyir. Saytdan istifadə etməklə siz aşağıdakı şərtləri qəbul etmiş sayılırsınız.
Saytda təqdim olunan bütün xidmətlər yalnız estetik və gigiyenik xarakter daşıyır. Heç bir tibbi xidmət göstərilmir.
Sifariş formasını doldurmaq öhdəlik yaratmır. Qiymətlər və vaxt yalnız telefon danışığından sonra dəqiqləşdirilir. Ödəniş xidmət göstəriləndən sonra nağd və ya kartla aparılır.
Görüşdən ən azı 3 saat əvvəl xəbərdarlıq etsəniz, heç bir cərimə yoxdur. 3 saatdan az vaxt qaldıqda və ya gəlməmə halında növbəti sifariş üçün 50% öncədən ödəniş tələb oluna bilər.
Xidmətə gələn heyvanların peyvənd kartı olmalıdır. Həddindən artıq aqressiv heyvanlarla işləməkdən imtina etmək hüququmuz var.
Biz heyvanın xarici görünüşünə və gigiyenik vəziyyətinə cavabdehik. Tibbi vəziyyətlərə görə məsuliyyət daşımırıq.